Xristianlığın qəlbində "Fiat" və "Yuventus" sahibinin tək övladı italiali Eduardo Aniellinin hekayəsi(1)
Mьəllif: admin1
Tarix: 9-06-2014, 16:53
Bцlmə: Xəbərlər
Xristianlığın qəlbində "Fiat" və "Yuventus" sahibinin tək övladı italiali  Eduardo Aniellinin hekayəsi(1)

Xamenei həzrətləri ilə ölkə başçısı olmazdan qabaq, Rəfsəncani ilə isə İslami Şura Məclisinin sədri olduğu zaman görüşmüşdü
Arannews- Dünya katoliklərinin mərkəzi qədim İtaliya və Avropanın qəlbində yerləşir. Bu qədim ölkənin paytaxtında Vatikan adlı bir ölkə də vardır və dünya katoliklərinin seçilmiş rəhbəri orda yaşayır
Pap adlandırılan rəhbər katoliklərin əqidəsinə görə Məsih (ə) tərəfindən ilk dəfə kilsənin hidayəti üçün seçilmiş Petrosun yolunun davamçısıdır. Bu məqama çatan şəxs müqəddəs insanlardan birinin adını özü üçün seçir.
Katolik xristianlarının mərkəzi olan və Vatikanın təbliğatı altında olan bir yerdə müsəlman olmaq çox çətin məsələdir. Əlbəttə, İtaliyada bir çox tanınmış şəxslər Allahın inayəti və pak zatlarının sayəsində İslam dinini qəbul etmiş və özlərinə də islami ad seçmişlər.
İndi isə onlardan dünya və axirət səadətinə çatanlardan bəzilərinin həyatı ilə qısa tanış olaq.
"Fiat" firmasının və "Yuventus" futbol komandasının sahibinin tək övladı Eduardo Anielli Eduardo, 1954-cü ildə, yanvar ayının 6-da Amerikanın NyuYork şəhərində dünyaya gəlib. Onun atası İtaliyanın varlı sahibkarlarından biri, qeyri-rəsmi şah adlandırılan Aniellilər klanının ən nüfuzlu şəxsi senator Covanni Anielli, anası isə yəhudi şahzadəsi Marila Karaçulu idi.
Ailənin özünə gəlincə isə Aniellilər ailəsi Italiyanın ən varlı ailələri arasında öncül olaraq böyük maliyyəli bizneslə məşğul olan klandır. Dünyanın bir çox ölkələri ilə müqavilələri olub onlara avtomobil ixrac edən "Fiat" firması da Aniellilər ailəsinə məxsusdur. Eyni halda bir çox zavod və fabriklərə malikdirlər. Vertalyot istehsal edən böyük zavod, böyük sahələri əhatə edən əkinçilik kompleksləri və məşhur "Yuventus" futbol klubu da bu ailənin maliyyələşdirdiyi qurumlardandır.
Anielli ailəsinin sərvət və nüfuzu o həddə idi ki, İtaliya mediası onu İtaliyanın şah ailəsi adlandırırdı. İqtisadçı mütəxəssislər bu ailənin illik gəlirini 60 milyard dəyərində olduğunu deyirdilər. Bu rəqəm o zaman İran İslam Respublikasının neftdən gələn gəlirindən 3 dəfə çox idi.
Orta təhsilini Italiyanın Turin şəhərində alan bu gənc ali təhsilini London şəhərində şərq fəlsəfəsi istiqamətində davam etdirmişdir. Qeyri-adi istedadı sayəsində bir çox nailiyyətlər əldə etmiş və doktorluq dərəcəsinə qədər yüksəlmişdir.
Eduardo Aniellinin İslamı qəbul etməsini təsadüfi bir hadisə nəticəsində olduğunu bildirən dostlarında biri deyir: " Eduardo 20 yaşlı gənc tələbə idi və Nyu Yorkun Prinston Universitetində təhsil alırdı. O, bir dəfə kitabxanada gəzərkən gözü Qurana sataşır. Maraqlanaraq onu açır bir neçə cümlə oxuyur". O, Eduardonun belə söylədiyini deyir: "Quranı açdım ondan bir neçə cümlə oxudum. Başa düşdüm ki, bu bəşər sözü ola bilməz".
Böyük maraq dairəsində olduğu Quranın mənəvi dünyasından zövq alan Eduardo İslamın zəngin din olması düşüncəsini öz içində bir daha onun haqq olmasını təsdiqləyir və heç kimin məsləhətinə ehtiyac olmadan İslam dinini qəbul etməyi qərara alır.
Bu hadisə 1970-ci ildə, yəni hələ İranda İslam İnqilabı baş verməzdən qabaq olmuşdur.
Eduardo, bu hadisədən sonra Nyu Yorkdakı İslam mərkəzlərindən birinə müraciət edir və müsəlman olmaq istəməsini onlara deyir. O, şiəliyi qəbul etdikdən sonra adını dəyişdirib Hişam qoydu.
Onun əvvəl şiə və sünnü məsələsi barədə məlumatı yox idi. Bu da ona görə idi ki, onun İslamı Quranın mütaliəsi ilə qəbul etmişdi. Həqiqəti kəşf etmiş insan kimi ilk olaraq öz ailəsini bu həqiqətlə tanış etmək istəyirdi və onların bu həqiqəti qəbul edəcəklərinə ümid edirdi. Lakin, ailəsi onunla bərk müxalif idilər və onu özünəqapanmaya çəkirdilər.
Doktor Qədiri Əbyanə Eduardonun yaxın bir dostu kimi İranda İslam İnqilabına və onun Eduardonun həyatına təsirinə işarə edərək əlavə edir: "İran İslam İnqilabından sonra Eduardo İtaliya dövlət kanalı vaxitəsilə yayımlanan İrana İslam İnqilabına adi bir verlişə baxdıqdan sonra mənimlə tanış olur və məni görmək istəyir. İlk görüşdə şiəliyin mahiyyəti barədə ona izah verdim və o da bu məzhəbi seçmək qərarına gəldi. O, 60-cı günəş ilinin fərvərdin ayında İmam Xomeyni ilə görüşəndə bir şiə və müqəllidin öz təqlid mərcəsi və rəhbəri ilə görüşü idi. İmamın (rh) həyatda olduğu dövrdə o, İmamın (rh) müqəllidi, ondan sonra isə Ayətullah Xameneinin müqəllidi oldu. Eduardo İran İslam İnqilabını dərk edir və ona etiqad bəsləyirdi. O dünyadakı hökumət quruluşları ilə tanış idi və onlarda olan gizliliklərin dərinliklərini başa düşürdü. Ona görə də o quruluşlarla razılaşmaq istəmirdi".
Hadisəni İranın İtaliyadakı səfiri Məhəmməd Həsən Qədiri nəql edir: Bazar gügü olduğu üçün səfirlik işləmirdi. Mən öz otağımda idim. Aşağıdan zəng vurdular ki, bir nəfər səfirlik mənsublarından biri ilə görüşmək istəyir. Mən səfirliyin bazar günü işləmədiyini xatirladıb onun sabah müraciət etməsini istədim. Lakin qapıçı gələn şəxsin "Allah bütün bağlı qapıları açandır" söylədiyini bildirəndə maraqla aşağı endim. 25 yaşlı hündürboylu gənc özünü təqdim etdi: Eduardo Anielli.
Mən onun məşhur klanla hər hansı bir əlaqəsinin olduğunu soruşduqda o, senator Covanni Aniellinin tək oğlu olduğunu söylədi. Bu, təbii ki, məni çox təəccübləndirdi. Çünki bu ailə İtaliyanın siyasi-iqtisadi həyatında xüsusi rol oynayırdı.
Sonralar Eduardo, İmam Xomeyni ilə olan görüşünü həyatının bütünlüklə dəyişməsində xüsusi rol oynadığını deyirdi.
Xristianlığın qəlbində "Fiat" və "Yuventus" sahibinin tək övladı italiali  Eduardo Aniellinin hekayəsi(1)

Bəlkə də bu səbəbdən də Eduardo, İmam Xomeyninin qucaqlayıb öpdüyü ilk və son xarici vətəndaş idi.
Xamenei həzrətləri ilə ölkə başçısı olmazdan qabaq, Rəfsəncani ilə isə İslami Şura Məclisinin sədri olduğu zaman görüşmüşdü. O, həzrət imam Rzanı (ə) ziyarət etmək üçün Məşhədə də səfər etmişdi. Ona demişdilər ki, sən birinci dəfədir imamın (ə) ziyarətinə gedirsən, ona görə də hər nə dua etsən qəbul olacaq. Ondan soruşanda ki, sən nə istədin? Demişdi ki, imamdan istədim ki, ata-anamın ürəyini mənə qarşı mehriban etsin.
O, gəncliyinin ilk çağlarından atasının böyük sərvətinə maraqlı deyildi. Yalnız bir neçə il "Yuventus" futbol komandasının rəhbərliyini öhdəsinə götürdü. Bir müddətdən sonra onu bu işdən kənarlaşdırdılar və əmizi onun yerinə gətirildi.
80-cı illərin sonunda senator Aniellinin canişini mövzusu "Fiat" şirkətinin rəhbərliyi tərəfindən gündəmə gəldi. Eduardonu dini əqidəsinə görə bu işə münasib bilmədilər. Lakin əsl varis o idi. Elə həmin zamanda Marina hadisəsi baş verdi. 1990-cı ilin payızında onun narkotik maddələrdə tutulması xəbəri yayılır. İttiham olaraq bildirirlər ki, guya o, həbs zamanı əlində olan 300 qram narkotik maddəni pəncərədən həyətə atıb. Qısa bir müddətdə İtaliya mətbuatı Eduardonun narkotika ilə məşğul olan düşgün narkoman olduğunu yazırlar. Lakin bu hadisənin həqiqəti yox idi. Kenya polisi və məhkəməsi bu səhvi çox tez başa düşdü. Eduardonun atasının nüfuzu altında olan İtaliya mətbuatı bu məsələni gündəmdən düşməyə qoymadı və onu qaçaqçı adlandırır, günahsızlığının sübut olmasını isə atasının nüfuzu ilə olduğunu yazırdılar. Bir müddətdən sonra mətbuat öz səhvini etiraf etsə də "Fiat" firmasının müdirliyinə varisliyin ondan başqasına keçməsi üçün şərait yaratmışdı.
Eduardonun öldürülməsini və onun dostlarının İslamı qəbul etmələrini yazının ikinci hissəsində oxuyun.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031