Putin Ayətullah Xameneiyə salam göndərdi
İslamazeri.com-un “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, dünən Moskvada Rusiya və İran prezidentlərinin ortaq mətbuat konfransı keçirilib.
Konfransda çıxış edən Putin bildirib: “Cənab Həsən Ruhaniylə keçirdiyimiz müzakirələrdə Suriyada atəşkəsin yaranması və bu ölkənin ərazi bütövlüyünün qorunması da danışıldı. Suriyanın təhlükəsizliyi bizim üçün çox önəmlidir.” İran prezidentinin Rusiyaya səfərinin 2 ölkə arasında olan əlaqələrin inkişafına yardım edəcəyinə ümid etdiyini deyən Putin əlavə edib: “Salamımı İran İslam İnqilabının Rəhbərinə çatdırmağınızı rica edirəm.” Oxşar xəbərlər
|