Xərçəngin qarşısını alacaq yeni nailiyyət
Mьəllif: admin1
Tarix: 29-03-2017, 14:02
Xərçəngin qarşısını alacaq yeni nailiyyət
Yaşlanma ilə əlaqədar zəifləyən hüceyrənin özünü bərpaetmə qabiliyyətini yenidən inkişaf etdirmək mümkün olacaq.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, yeni kəşf edilən molekulyar bir əlaqə ilə edilməsi mümkün olacaq. Yeni tapıntı həm yaşlanma, həm də xərçəngə qarşı mübarizədə çox mühümdür.

Alimlər yaşlanma ilə hüceyrədə DNT bərpasına maneə olan, bu səbəbdən hüceyrənin özünü yeniləməsinə və xərçənglə mübarizəsinə imkan verməyən pozuntunun qarşısını ala biləcək mühüm bir molekulyar əlaqəni kəşf ediblər. ABŞ-dakı Harvard Universitetinin tibb fakültəsinin tədqiqatçıları yaşlanmaqla hüceyrədə "NAD" adı verilən tənzimləyici molekulun azaldığını və bunun DNT bərpasını təmin edən iki mühüm zülalın fəaliyyətinin qarşısını aldığını təsbit ediblər.
> Alimlər "NAD"ın hüceyrə yenilənməsini təmin edən SIRT1 zülalını yüksəltdiyini, həmçinin hüceyrə bərpasını təmin edən PARP1 zülalının funksiyasına maneə törədən DBC1 zülalını sıxışdıraraq, hüceyrənin yenidən formalaşmasında mühüm rol oynadığını müşahidə ediblər.

Digər tərəfdən, alimlər siçanlar üzərində etdikləri təcrübələrdə əldə etdikləri NMN (nicotinamide mononucleotide) adlı birləşmə sayəsində NAD istehsalını yüksəltməyi bacarıblar. Bunun siçanlarda yaşlanma təsiri və ya kimya terapiya nəticəsində məruz qalınan radiasiyanın yaratdığı DNT zərərlərini bərpa etməsi müəyyən edilib.

Alimlər tapıntının, ancaq insanlar və heyvanlar üzərində ediləcək daha müasir testlərlə təsdiq oluna biləcəyini vurğulayıblar. NMN-nin altı ay ərzində insanlar üzərində sınaqdan keçirilməsinə başlanacağını bildirilib.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930