Böyük əhli-sünnə alimləri İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etdi (Foto)
İraqın böyük əhli-sünnə alimləri və xətiblərindən ibarət bir heyyət Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət ediblər.
Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, İraqın nüfuzlu əhli-sünnə alimi şeyx Mehdi Əhməd Əl-Sumeydan İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edən heyyətə rəhbərlik edib. Heyyətin tərkibində İraq müftiliyinin nümayəndəsi şeyx Amər Əl-Bəyati də olub. İraqın böyük əhli-sünnə alimləri və xətibləri İmam Əlinin (ə) hərəminin baş katibinin müavini Xalid Hadi Şənnun tərəfindən də qəbul edilib. Heyyət daha sonra hərəmin Fatimeyi-Zəhra (s.ə) səhninnə baş çəkib, burada görülən təmir işləri barədə maraqlanıblar. Oxşar xəbərlər
|