Özünüzü bu 6 neqativ insandan qoruyun
Mьəllif: admin1
Tarix: 22-02-2020, 18:54
Özünüzü bu 6 neqativ insandan qoruyun
Bəzən ətrafımızda olan insanlar fərqində belə olmadan bizi incidə bilirlər.

Sizə həyatı zəhər edə biləcək 6 neqativ insanların xüsusiyyətlərini təqdim edir.

1. Daim mənfi rəy söyləyənlər.

Həyatımızda daim mənfi və müsbət istiqamətli çox tənqidlər eşitmişik. Tənqid eşitmək əslində normaldır, lakin bizə zərər vura biləcək tənqid lazım deyil.

Biri öz həyatından razı deyilsə daim neqatif enerji ilə yüklənər və çalışar ki, sizi də öz bədbəxtliyinin içinə çəksin.

Bu insanlar sizin özünüzə inamınıza zərər vurar və hədəflərinizə çatmağınıza mane olarlar. Bu cür tənqid edən insanlara qarşılarındakı şəxsin inciyib, inciməməsi əhəmiyyətli deyil.

2. Sizi idarə etməyə çalışan insanlar.

Uzaq durmanız məsləhət olan ikinci insan tipi manipulyasiya edənlərdir. Adətən bu tip insanları müəyyən etmək çətin olur. Çətindir çünki, bu insanlar öz taktikalarında çox ustadırlar. Ümumilikdə sizinlə sizin yaxşılığınız naminə danışdıqlarını deyərlər.

Özünüzü günahkar hiss etməyiniz üçün sizin üzərinizə məsuliyyət qoyarlar. Əgər siz duyğulu və emosinal birisinizsə bu onlar üçün daha da avantajlı olacaqdır. Bu cür insanlar daim sizi öz dərdləri ilə məşğul edərlər, diqqəti öz üzərlərində saxlayarlar.

3. Yalan söyləyənlər.

Hər gün qarşımıza kiçik yalanlarla çıxarlar. Yalan söyləyən insanların qarşısındakı insana hörməti olmaz. Bəzən yalan söyləyənlər öz yalanlarının fərqində olmazlar. Bu tip insanları həyatınızdan çıxararkən özünüzü günahkar hiss etməyin.

4. Pis niyyətli insanlar

Qarafikirli və qara qəlbli olmaq insana xeyir verməz. Bu insanlar hər şeyi şübhənin kölgəsində qiymətləndirər və bütün işlərin sonunda yalnız pis ssenarilər görərək qərar verərlər.

Pis niyyətli və pis fikirli insanlardan uzaq durun. Siz onlara minlərlə çıxış yolu göstərmək istəyərsiniz, onlar sizə yalnız pessimistcə cavab verərlər.

5. Xəsis insanlar

Xəsislik bir insanın sahib ola biləcəyi ən pis xüsusiyyətlərdən biridir. Xəsis insanlar hər zaman ciblərindən pul çıxarmamaq üçün bəhanə taparlar. Daha sadə dillə desək başqalarına yardım etmək istəkləri olmaz.

Xəsisliyi adətən eqoistlik kimi dəyərləndirirlər, amma bu eqoistlik deyil. Bu insanlar daim başqa insanların yardımına ehtiyac duyan və hər vəziyyətdə özünə kar güdən adamlardır. Xəsis insan daim sizinlə gəzməyə çıxmağı sevər, amma hesabı ödəməyə gəldikdə mütləq aradan çıxmağa bir yol tapacaq.

6. Qeybətcil insanlar.

Başqaları haqqında daim mənfi sözlər söyləyən bu insanların içində özlərinə inamsızlıq kök salıb. Onlarla oturub-durmaq insanın öz həyatını da zədələyir. Ona görə də həm mənəviyyatınızı korlamamaq üçün, həm də yersiz düşmənçiliklər qazanmamaq naminə onlardan uzaq durun.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031