Rusiyalı qadın evindəki Quranı 45 milyon dollara satmaqdan imtina etdi...
İslamazeri.az xəbər verir ki, Moskva sakini Anaşka Hacımuradova gözlənilmədən qədim Quran kitabının varisi olub. Babasının ölümündən sonra qadın onun əşyalarına sahib çıxıb və bu əşyaların içində müqəddəs kitabı tapıb.
Anaşka kitabın xarici görünüşündən onun qədim olduğunu müəyyən edib. Qadın kitabı hərracda satışa çıxaranda ona bir milyon rubldan çox pul təklif ediblər. “Biz kitabı iki ekspertizadan keçirdik və Quranın XVI əsrə aid olduğunu müəyyən etdik, burada hətta kitabın kimə məxsus olması və kimlərə ötürülməsi barədə vərəqlər var. Londonda mənə Qurana görə 12 milyon dollar, daha sonra isə 45 milyon dollar təklif etdilər”, - deyə Anaşka Hacımuradova müsahibəsində danışıb. Sonradan qadın müqəddəs Quran kitabını satmaq barədə fikrini dəyişib. Anaşka kitabı yerli məscidlərin birinə bağışlayıb./ oxu.az Oxşar xəbərlər
|