Zəlzələdən qorxuya düşən əhali İmam Rzanın (ə) hərəminə sığındı
Aprelin 5-də Müqəddəs Məşhəd şəhərində baş verən zəlzələnin İmam Rzanın (ə) mütəhhər hərəmində hər hansı bir zərər yaratmadığı bildirilib.
Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, Qüds Rəzəvi ostanının abadlıq idarəsinin müdir müavini Heydər Heydəri belə bir açıqlama ilə çıxış edib: "Bu gün (5 aprel) saat 10:40 radələrində Müqəddəs Məşhəd şəhərinin 10 kilometr dərinliyində 6 bal gücündə zəlzələ baş verdi. Həmin zəlzələdə Qüds Rəzəvi ostanının infrastrukturlarına hər hansı bir zədə yaratmadı. Müşahidə aparan heyətlə hərəmin günbəz, aşırımlar və həyətləri kimi digər məkanlarında apardığımız araşdırmalarda həmd olsun ki, əvvəlcədən görülən lazımlı tədbirlər sayəsində hər hansı bir zədə aşkar edilmədi. Pak Rəzəvi Türbə infrastrukturları zəlzələyə davamlıdır və bugünkü zəlzələdən daha böyük zəlzələ qarşısında belə dayanıqlı və möhkəmdir". Bu arada zəlzələdən qorxuya düşən əhali İmam Rzanın (ə) hərəminə sığınıb. İmam Rzanın (ə) mütəhhər hərəminin rəhbərliyi hərəmin Şeyx Tusi, Şeyx Amil, Həzrət Zəhra (s.ə) sütunlu dəhlizi Gövhər Şad məscidinin hərəmə pənah gətirənlərin bir günlük ixtiyarına verib. İnsanlar üçün ədyallar və isti yeməklər paylanılıb. Oxşar xəbərlər
|