Əsəd Administrasiyası ABŞ-ın raket zərbələri ilə bağlı bəyanat yayıb
Suriya prezidenti Bəşər Əsədin siyasi məsələlər üzrə müşaviri bəyan edib ki, rəsmi Vaşinqton Suriyaya hücum etməklə, ABŞ-ın Ərəb Respublikasına qarşı vuruşan terrorçularla bir sırada olmasını bütün dünyaya nümayiş etdirdi.
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ramez Tarciman qeyd edib ki, Suriyanın Silahlı Qüvvələri Livanın aparıcı Hizbullah təşkilatının dəstəyi ilə birgə Həma vilayətində uğurlu hərbi əməliyyatlar keçirəndən sonra, ABŞ bu hərbi təcavüzünü həyata keçirib. "Özlərini Ərəb dövlətləri adlandıran və Suriya, Liviya o, cümlədən də Yəməndə hərbi kampaniyalara dəstək verən sözügedən dövlətlər, öz ərəb kimliyini itiriblər. ABŞ Suriyanın hərbi bazasına hücum etməklə, siyasi məqsəd güdür. Bundan əvvəl İsrail bir neçə dəfə Suriyaya qarşı hərbi təcavüz həyata keçirib. İndi isə ABŞ İsrailin başlatdığını davam etdirmək üçün fəaliyətə başlayıb", - deyə o bildirib. Xatırladaq ki, ABŞ Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna 59 “Tomaqavk” raketi atıb. Nəticədə 10-dan çox insan ölüb. ABŞ-ın raket zərbələrini Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirdiyini bildirir. Oxşar xəbərlər
|