Beyin xərçəngində ömrü uzadan üsul
İsveçrəli elm adamlarının yaratdığı üsul elmin çarəsiz qaldığı beyin xərçəngi xəstələrində ömrü uzatmağı bacardı. Xərçənglə mübarizə edən bəzi xəstələr üçün elm çarə tapa bilmir və xəstələr həyatlarını itirir.
İsveçrənin Sürix Universiteti, ölümcül beyin xərçəngi xəstələrinin ömrünü bir neçə ay ilə bir neçə ilə uzatmağı bacardıqlarını açıqladı. Kimyaterapiya və şüaterapiya daxil olmaqla bütün müalicələrin təsirsiz olduğu xəstələrlə işləyən araşdırmaçılar, beyindəki xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq üçün elektromaqnit dalğalardan istifadə etdi. Xüsusi bir başlığın üzərindəki elektrodlarla beynə verilən elektromaqnit dalğalar, son mərhələyə gəlmiş xəstələrdə müsbət nəticə verdi, xərçəngin yayılması yavaşladı. Portativ sistemlə xəstələr müalicəni gündəlik həyatlarını davam etdirərkən də qəbul edə bilərlər. İsveçrəli elm adamları araşdırmanın nəticələrini Vaşinqtonda təşkil edilən xərçəng konfransında bildirib. Üsul tam bir müalicə deyil, ancaq qaçılmaz sonu təxirə salmaq baxımından böyük bir müvəffəqiyyət olaraq qiymətləndirilir. Mütəxəssislər üsulun gələcək illərdə fərqli xərçəng növlərində də istifadə ediləcəyini söylədi. deyerler.org Oxşar xəbərlər
|