Dünyada 322 milyondan çox insan depressiyadadır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada depressiyada olan insanların sayının 322 milyondan çox olduğunu açıqlayıb.
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, ÜST-nin bu il “7 aprel - Dünya sağlamlıq günü” münasibətilə depressiya” mövzusunda dərc etdiyi hesabata görə, depressiyalı insanların sayı son 10 ildə 18% artıb. Depressiyalı insanların sayı dünya əhalisinin 4.4%-ni təşkil edir. Hesabata əsasən, depressiya qadınlar arasında daha geniş yayılmışdır. Dünyada qadınların 5.1%, kişilərin isə 3.6%-nin depressiyada olduğu vurğulanıb. Dünyada depressiyanın fərqli yaş qruplarında fərqli səviyyələrdə müşahidə olunduğu bildirilən hesabatda, 55-74 yaş arasındakı kişilərdə depressiya nisbətinin 5.5%-dirsə, qadınlarda 7.5%olduğu bildirilib. Dünyada depressiyada olan nsanların yarısının əhali sıxlığı ilə əlaqəli olaraq, Çin və Hindistanın yerləşdiyi cənub-şərqi Asiya və qərbi Sakit okean bölgəsində yaşadığı qeyd olunub. Depressiya, intihara sürükləyən ən böyük təhlükədir. Dünyada hər il təxminən 800 min insan intihar edir. 15-29 yaş arasında baş verən ölümlərin səbəbi kimi intihar ikinci yerdədir. Depressiya və digər ruhi sağlamlıq problemləri dünyada artan xətt üzrə davam edir. Oxşar xəbərlər
|