Suriya: "Türkiyə İranda gizli görüşmək üçün müraciət etdi"
Suriyanın xarici işlər nazirini müavini Fəysal Miqdad Türkiyənin qarşıdakı Astana danışıqları üçün İranın paytaxtı Tehranda bir gizli görüş istədiyini açıqlayıb.
Deyerler.org xəbər verir ki, Sputnik-ə açıqlama verən Miqdad, görüşlə bağlı belə danışıb: "Türk hökuməti, yəqin ki, mövqeyinin bilinməməsi üçün görüşü təşkil edənlərdən mətbuatın içəri daxil olmamasını istədi". İran gizli toplantının Qazaxıstanın paytaxtı Astanada 3-4 may tarixlərində keçirilməsi planlaşdırılan görüş ərəfəsində aprelin 18-19-da keçirilməsini planlaşdırır. Digər tərəfdən, Miqdad BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Misturaya dair açıqlamasında isə belə danışıb: "Uzun müddətdir De Misturaya qarşı inamımızı itirdiyimizi danışırıq, ancaq BMT-ni təmsil etməyə davam etdiyi müddətə kimi, onunla əməkdaşlıq etməyə davam edəcəyik". Oxşar xəbərlər
|