Təbii rənglərlə yazılan ən böyük Quran
Mьəllif: admin1
Tarix: 11-04-2017, 10:19
Bцlmə: Xəbərlər
Təbii rənglərlə yazılan ən böyük Quran
Misirli xəttat Səid Məhəmməd Haşiş bu ölkənin Qərb əyalətinin Bulikana kəndində 7 il əvvəl eni 70sm və uzunluğu 100sm ölçüsündə olan əl yazma Qurani-Kərimi yazmağa başlamışdır.
Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Haşiş xətt və illuminasiya sənətini öyrəndikdən sonra, həmişə Qurani-Kərimi yazmağı arzuladığını deyir: "Əvvəllərdə bu işin bu qədər çətin olduğunu təsəvvür etmirdim. Təbii rənglər istifadə edərək, ilk əlyazma Quranı yazmaq üç il çəkdi. Quran yazmaq işi böyük diqqət tələb edir. Yazıda heç bir səhv olmamalıdır.
Dəfələrlə cəsarətimi itirdim. Çünki yazıda ən kiçik bir hərf və ya işarənin səhv olması halında, səhifəni yenidən yazmağa məcbur olurdum".
Səid Məhəmməd bu əsərdən əvvəl eni 50sm, uzunluğu isə 75sm. ölçülərində olan başqa bir Quranı iki il ərzində yazdığını vurğulayıb. O, Quranın yazmaq və illuminasiya materiallarının bahalı olduğu üçün Quranın yazılmasında səhifələr, mürəkkəb və lazım olan boyaları özü hazırlamağa qərar verir.
"Bəzi otlar və bitkiləri birləşdirərək, mürəkkəb və yeni rənglər hazırladım. Məsələn, bazarda qırmızı rəng bahalı olduğu üçün bunun əvəzinə zərdəçaldan və yaşıl əvəzinə bitki zoğlarından istifadə etdim. Bununla da maya dəyərini azaltdım", - deyə xəattat bildirdi.


Təbii rənglərlə yazılan ən böyük Quran
Təbii rənglərlə yazılan ən böyük Quran
Təbii rənglərlə yazılan ən böyük Quran
Təbii rənglərlə yazılan ən böyük Quran
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031