İsveçin radikal sağçı qruplaşmaları müsəlmanları intiqamla hədələyirlər
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, İsveçin paytaxtı Stokholm şəhərində baş vermiş terror aktından sonra, ölkənin xüsusi xidmət orqanları islamofobiyanın artacağından ehtiyyat edirlər.
Buna görə də İsveç Dövlət Təhlükəsizlik xidməti 7 aprel terror aktına cavab olaraq bildirib ki, müsəlmanlara qarşı hücumların qarşısını almaq üçün radikal sağçı qruplaşmalar üzərindəki nəzarət və izləməni artırıb. “Faciədən sonra biz radikal sağçı qruplaşmalarda aktivliyin yüksəlişini müşahidə edirik. Orada artıq tez-tez “təşəbbüsü öz əlinə al” çağırışları səslənir. İntiqam haqda söhbətlər gedir. Biz isə təhlükəsizlik xidməti olaraq, yenə nə isə baş verməmiş tədbir görməliyik.”, - deyə təhlükəsizlik xidmətinin başçısı Anders Turnberq qeyd edib. Xatırladaq ki, Stokholm terroru zamanı 4 nəfər ölmüş, 15 nəfər isə yaralanmışdı. Oxşar xəbərlər
|