Ayətullah Xamenei: Düşmənin hədəfi İslam Respublikasını məhv etməkdir
İslamazeri.com “Khamenei.ir”-ə istinadən xəbər verir ki, bu sözləri İran İslam İnqilabının rəhbəri bir sıra ölkə məmurları ilə görüşündə səsləndirib.
İslam Respublikası önündə dayanan düşmənlər barədə söz açan Ayətullah Xamenei deyib: “Onların hədəfi İslam Respublikasının məhv etməkdir. Bunun önündə dayanmaq Allaha yaxınlıq deməkdir. Peyğəmbərlərin ixlasla addığı addımlar din əsasında bir hakimiyyətin yaranması üçün idi. İslam hakimiyyətində islama uyğun yaşam tərzi hökm sürməlidir və cəmiyyətin mədəniyyəti Quran əsasında qurulmalıdır. İslam dəyərləri olmasaydı cavanlarımız ölkəmizi 8 il müdafiə etməz, ailə və rahatçılıqlarından əl çəkməzdilər.” Oxşar xəbərlər
|