Azərbaycanda məscid söküldü
FaktXəbər-in məlumatına görə, dünən axşam saatlarında paytaxt Bakının "Sovetski" kimi tanınan ərazisində yerləşən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi kimi qorunan, 3607 No-li inventarla qeydiyyatda olan Hacı Əbdürrəhimbəy məscidi sökülüb.
Qeyd edək ki, söküləcəyi deyilən digər tarixi abidə - Hacı Cavad məscidinin dini icması da bu gün Azərbaycan Prezidentinə müraciət edib. Oxşar xəbərlər
|