Müsəlman fikir sahibləri içərisində yalnız İmam Xomeyni öz idealarını həyata keçirə bildi
“İmam Xomeyninin Siyasi Fikirləri” əsərinin müəllifi Zakir Salehi İran İslam İnqilabının banisi Aəytullah Ruhullah Musəvi Xomeyninin siyasi idea və nəzəriyyələrini aradşıran və tədqiq edən bir neçə müəllifdən biridir. ABNA xəbər agentliyinə müsahibə verən Salehi beş müstəqil hissədən ibarət olan kitabını təsvir etmiş və kitabda İmam Xomeyni təfəkkürünü nəzəri mənbələrini Şiə təlimləri əsasında araşdırmışdır. O deyib: “Fəlsəfə və irfan sahəsində İmam Xomeyni İbni Ərəbi və Molla Sədradan irs götürmüşdür. Onun Fiqh haqqında fikirləri Molla Əhməd Nəraqi və zülmə qarşı mübarizədə isə o mərhum Ayətullah Həsən Müdərrisinin davamçısı olmuşdur.” Müəllif öz kitabında deyib ki, o müasir dövrün İslami fikir sahiblərinin siyasi fəaliyyətini araşdırmış və nəticəyə gəlmişdir ki, 1923-cü ildə müasir İslam dövləti olan Osmanlı İmperiyasının süqutundan 56 il sonra İran İnqilabı yeni İslami quruluşun yaranmasına səbəb oldu. Salehi deyib: “Bu müddətdə və hətta ondan əvvəl Muhəmməd Əbduh (Misirli din alimi və islahatçı), keçmiş Britaniya Hindistanında olan Muhəmməd İqbal (filosof, şair və siyasətçi), Muhəmməd Rəşid Rza (İslam Dövləti siyasi nəzəriyyəsinin təbliğatçısı) və Əbul əla Məududi (hindistanlı İslam alimi və filosof) daxil olmaqla bir çox müsəlman fikir sahibləri İslam dövlətinin yaradılmasının tərəfdarı olmuş və bu məqsədin həyata keçirilməsi üçün çalışmış, lakin müvəffəq olmamışdılar.” O sözünə davam edərək deyib: “Müasir və yaxın keçmişdə mövcud olan Müsəlman fikir sahibləri arasında yalnız İmam Xomeyni İslam Quruluş nəzəriyyəsini nəzəriyyədən əməl keçirmiş və İslami Dövlət qurmağa müvəffəq oluşdur.” Oxşar xəbərlər
|