Amerikalı xanım İslamı qəbul etməsi səbəblərindən danışdı
Mьəllif: admin1
Tarix: 12-04-2017, 12:14
Bцlmə: Xəbərlər
Amerikalı xanım İslamı qəbul etməsi səbəblərindən danışdı
Yeni müsəlman olmuş amerikalı xanım İslam dininin kainatı yaradan barədə baxışlarını, İslamın təqdim etdiyini Xaliqin ədalətli və insaflı olmasını İslam dinini qəbul etməsinin əsas amili sayır.

Maide.İnfo xəbər verir ki, Amerikada üç nəfər iranlı tələbənin idarə etdiyi "inUSA1K" telegram kanalında paylaşılmış videoda yeni müsəlman olmuş amerikalı xanım nə üçün İslam dinin qəbul etdiyindən danışır və vurğulayır ki, İslam dinində Allahın və kainatı yaradanın gözəl və ali təsvir edilməsini, İslamın təqdim etdiyini Xaliqin ədalətli və insaflı olmasını İslam dinini qəbul etməsinin əsas amilidir.

İslamı nə üçün qəbul etdiyindən danışan yeni müsəlman xanım deyir: "İslam dininin təqdim etdiyi və tanıtdığı Allah-Taala ədalətli və insaflıdır, bəndələri ilə ədalət və insafla rəftar edir.

Amerikanın iranlı tələbələri ilə söhbətləşən və əslən Çilidən olan bu xanım özünün müsəlman olmasının səbəbini İslamın tandıtdığı Allahın ədalətli olmasında görür və deyir: İslam dinini sevirəm. Çünki hər insanı özünün əməl və rəftarının məsulu sayır. Və İslamın təqdim etdiyi Allah ədalətli və insaflı Allahdır.

İslam dininin şiəlik məzhəbini qəbul edən bu xanım deyir: "Müsəlman olarkən 17 yaşım var idi. İslamı qəbul etməyimin dəlili bu idi ki, məsihilik inancları məni qane və razı etmirdi. Məsihilik deyir ki, əgər İsa Məsihin (ə) Allahın oğlu olduğuna inanmasan, hətta yaxşı adam olsan belə cənnətə getməyəcəksən".

İslamı sonradan qəbul etmiş bu 25 yaşlı xanım əlavə etdi: "Məsihilin təqdim etdiyi və İsanın (ə) Allahın oğlu olmasına inanmadığına görə, insanları cəhənnəmə atan Allah, ədalətli ola bilməzdi. Xüsusilə də İsadan (ə) çox sonralar yaşamış və onun haqqında dəqiq məlumata sahib olmayanlar nə səbəbə onun Allahın oğlu olmasına inanmadıqları üçün cəhənnəmə getməlidir?!"

O, İslamda nəyin onun üçün maraqlı olduğuna işarə edərək dedi: "İslamın Allahı insanın şəraitini və düşdüyü vəziyyəti dərk edir, o şəraitə uyğun hökm edir. Və insanları bacardıqları və dərk etdikləri inanc və əqidəyə görə məhkəmə edir. Xüsusilə də həm bu dünyada və həm də axirətdə yəhudilər barədə öz kitabları və məsihilər barədə də öz kitabları əsasən hakimlik edəcək. Və bu cür məhkəmə və hakimlik çox insaflı və adilanədir. Halbuki məsihlik dinində Allah çox qəddarcasına və geridə qalmış kimi hakimlik edir".

O əlavə edib: "Məsih dininə görə, "heç bir uşaq günahsız dünyaya gəlmir. Günah insanın zatındadır". Bu isə heç cür qəbul olunası bir əqidə deyil. Məsihilər deyirlər ki, "Adəm və Havva o qadağan edilmiş meyvədən yeyərək dünyaya qovulduqları üçün bütün uşaqlar bu günahı irs olaraq dayışır". Və bu inanc heç vaxt adilanə və münsifanə ola bilməz".

Yeni müsəlman olmuş xanım sözlərin davamında İslamı qəbul etdikdən sonra əsas probleminin "hicab" olduğuna işarə edərək dedi: "Mənim ailəm hicabı xoşlarmırdı. Deyirdilər ki, "əgər qəlbində Allaha inanırsansa, onu zahirdə də göstərməyə lüzum yoxdur. Və hicab kişilərin qısqanclıqdan öz xanımlarını örtmək üçün bəhanəsidir".

O, sözünün davamında "halal qida məhsulları"nı əldə etməyin çətin olduğunu və bunun da onun üçün problem yaratdığını vurğulayaraq deyib: "Anam çox vaxt evin yeməklərində donuz ətindən istifadə edir. Və mən yemədiyim üçün narahat olurdu". (iqna) /
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031