Bəşər Əsəd: "Kimyəvi silah hücumu 100 faiz uydurmadır"
Mьəllif: admin1
Tarix: 13-04-2017, 21:32
Bцlmə: Xəbərlər
Bəşər Əsəd: "Kimyəvi silah hücumu 100 faiz uydurmadır"
İdlibdəki kimyəvi silah hücumu iddialarını bir daha təkzib edən Suriya prezidenti Bəşər Əsəd, bu iddianın Şayrat hava bazasına qarşı təcavüzə əsas yaratmaq üçün ortaya atıldığını bildirib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd AFP-yə verdiyi müsahibəsində, belə bir açıqlama ilə çıxış edib: "Qətiyyən (İdlibin Xan Şeyxun qəsəbəsində keçirildiyi iddia edilən kimyəvi silah hücumu haqqında), bizə aid deyil, 100 faiz uydurmadır. Bizim təəssüratımız budur. Qərb, xüsusilə də ABŞ, terrorçularla səmimi şəkildə bu hekayəni təcavüzə (ABŞ-ın Suriyanın Şayrat hava bazasına qarşı hücuma) bəhanə olması üçün uydurdular.

Əsəd siyasi məqsədlərlə istifadə olunmayacağından əmin olmaq üçün (İdlibdə aparılacaq) istənilən bir istintaq komitəsinin, ancaq müstəqil və bu heyətdə tərəfsiz ölkələrin iştirakı olacağı təqdirdə icazə verəcəklərini bildirib. Suriya prezidenti sursat bazalarını bir neçə il əvvəl təhvil verdiklərini deyərək, kimyəvi silahlarının olmalarına baxmayaraq, istifadə etmədiklərini qeyd edib.

"ABŞ (Suriyada) siyasi həllə nail olmaq məsələsində ciddi deyil. Bunu terrorçular üçün çətir kimi istifadə etmək istəyirlər", - deyə Əsəd bildirib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031