Suriya Baş Qərargahı: ABŞ İŞİD-in kimyəvi silah anbarını vurub, yüzlərlə ölən var
Suriyanın baş qərargah rəisi ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələrinin aprelin 12-də Deyr Əz-Zor şəhərində bir kimyəvi silah anbarına hücum təşkil etdiyini açıqlayıb.
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-ə aid mərkəzlər və kimyəvi silahların toplandığı bir binaya qarşı əməliyyatda aralarında uşaqların da olduğu yüzlərlə mülki vətəndaşın öldüyü bildirildi. Açıqlamada bu vəziyyətin terrorçuların əlində kimyəvi silahın olmasının bir dəlili olduğu qeyd olunub. Oxşar xəbərlər
|