ABŞ-da müsəlman qız hicabla bağlı tədbir keçirdi
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Cənubi Karolina ştatının Qrinvud şəhərində yaşayan məkəbli qız Aminə Braun öz sinifyoldaşlarının maraq obyektinə çevrilib. Çünki, o, arıtq bir neçə ildir ki, hicab taxır.
“Bunlar pis baxışlar yox, maraq baxışlarıdır. Həmin vaxt, mən yaylıq örtən yeganə qız idim.”, - deyə Aminə bildirib. 2 il sonra müsəlman qız ətrafındakılara başını nəyə görə örtdüyünü başa salmaq qərarına gəlib. Məktəb müəllimləri və administrasiyasının dəstəyi ilə cümə günlərinin birincə Aminə aksiya keçirib. Tədbirdə istənilən şəxs iştirak edə bilərdi. Məktəbli qız hicabın necə geyildiyini nümayiş etdirib və onun müsəlman qadınlar üçün olan məna və əhəmiyyəti barədə danışıb. “Bir çoxları düşünürlər ki, müsəlman qadınlar kimlərinsə məcbur etməsinə görə hicab taxırlar, lakin bu belə deyil. Bu, Allaha yaxın olmaq üçün lazımdır. Mən də başımı örtürəm, çünki Allah mənə belə buyurub.”, - deyə Aminə bildirib. Oxşar xəbərlər
|