Həsən Ruhani prezident seçkilərinə namizədliyini irəli sürüb
İranın hazırki prezidenti Həsən Ruhani mayın sonunda keçiriləcək 12-ci prezident seçkilərinə namizədliyini irəli sürüb.
İslaminSesi.info bu barədə İRNA-a istinadla xəbər verir. Bildirilib ki Həsən Ruhani bu gün Tehranda Daxili İşlər Nazirliyinin nəzdindəki Seçkilər Komissiyasının qərargahına baş çəkib və namizədlik qeydiyyatından keçib. Bundan sonra keçirilən mətbuat konfransında o bəyan edib ki, nüvə anlaşmasını dəstəkləmək ölkənin ən mühüm iqtisadi və siyasi məsələsidir. O əlavə edib: İnkişaf etmiş və irəliləmiş İran bizim hökumətimizin əsas hədəfidir. İranın təhlükəsizliyi də bizim hədəflərimizdəndir. Buna görə də regionda baş verənlərə baxmayaraq, bu gün ölkədə misilsiz təhlükəsizlik müşahidə edirik." İranın Seçki komissiyası qeydiyyatın 4-cü günündə elan edib ki, indiyə qədər 860 nəfər namizədliyini irəli sürüb. Onların arasında islahatçıların “MərdomSalari” partiyasının baş katibi Mustafa Kəvakibiyan, muhafizəkarların birliyi olan “İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi”nin namizədləri sabiq deputat Əli-Rza Zakani, İmam Rza(ə) Ziyarətgahının sədri höccətül-islam İbrahim Rəisi və həmçinin qalmaqallı şəxsiyyətə malik sabiq prezident Mahmud Əhmədinejad da var. Oxşar xəbərlər
|