Şimali Koreya ABŞ-ı hədələdi: Vuracağıq!
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, rəsmi Vaşinqton tərəfindən aqressiya nümayiş etdirəcəyi halda, Şimali Koreya ABŞ-ın Yaponiya və Cənubi Koreyadakı hərbi bazalarına, həmçinin Seuldakı prezident iqamətgahına qabaqlayıcı zərbə endirməklə hədələyib. Bu haqda Koreya Xalq Ordusunun (KXO) Baş Qərargah (BQ) nümayəndəsinin cümə günü etdiyi bəyanatda deyilir.
“Bütün siyasi, iqtisadi və hərbi təxribat fitnələri, ordumuz və xalqımız tərəfindən çox qüvvətli cavabla qətiyyətli şəkildə pozulacaq.”, - deyə Koreya Mərkəzi Teleqraf Agentliyinin kanallarında verilmiş bəyanatda deyilir. KXO BQ nümayəndəsi qeyd edib ki, Şimali Koreyanın qabaqlayıcı zərbələrinə quru, dəniz və hava əməliyyatları daxildir. Oxşar xəbərlər
|