Rusiyadan nümayəndələr Həzrət Əbülfəzl Abbasın (ə) hərəmini ziyarət etdi
Rusiya prezidenti Vladimir Putinin nəzarətindəki İslahat Proqramlarına Dəstək Komitəsinin üzvləri İraqın Kərbəla şəhərindəki Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəmini ziyarət ediblər.
Deyerler.org Alkafeel-ə istinadən xəbər verir ki, Rusiyadakı sənaye şəhərlərindən biri ilə Kərbəlanın qardaş şəhər elan edilməsini təklif edən Rusiya nümayəndə heyyəti, bu səbəblə şəhərdəki yerli hakimiyyətlə bir sıra sazişlər imzalamaq üçün Kərbəlada olan Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəmini ziyarət ediblər. Rusiya nümayəndə heyətini Çin-Rusiya İnvestisiyaları Fondunun nümayəndə heyəti də müşayiət edib. İslahat Proqramlarına Dəstək Komitəsinin sədri Andrey İkurov və Çin-Rusiya İnvestisiyaları Fondunun sədri Qoldan Nee və onlarıla birgə olanlar Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin şəri himayədarları bürosunun direktoru Hacı Cavad Hasnavi tərəfindən qarşılanıb. Hasnavi qonaqlara müqəddəs hərəm tərəfindən inşaat, mədəniyyət və elm, investisiya və s. sahələrdə həyata keçirilən müxtəlif layihələr barədə qısa məlumat verdikdən sonra Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəmində həyata keçirilən genişləndirmə layihəsi çərçivəsində görülən işləri yaxından müşahidə etmələri üçün müqəddəs hərəmin əsas həyətində və sütunlu divarlarında kiçik bir gəzintiyə çıxarıb. Hasnavi qonaqlara, həmçinin Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəminin telekommunikasiya və video müşahidə sistemi layihəsi çərçivəsində görülən işləri də göstərib. Oxşar xəbərlər
|