Siqaretdən imtina edən şəxs 1 ilə yığdığı pulu görüncə AĞLADI
Mьəllif: admin1
Tarix: 16-04-2017, 09:39
Bцlmə: Xəbərlər
Siqaretdən imtina edən şəxs 1 ilə yığdığı pulu görüncə AĞLADI
Türkiyədə, Dənizlidə kondisioner firması işçisi 42 yaşlı Mehmet Tok 22 il çəkdiyi siqareti 8 il əvvəl atarkən buna xərcləyəcəyi pulu yığmağa başlayıb.

70 min TL yığan Tok beləcə 2 yüngül ticari maşın və 1 motosiklet aldığını söyləyib.

Pulu yığmağa qərar verdikdən bir il keçdikdən sonra pul kisəsini açdığını və ağladığını deyən Mehmet Tok: "Pul kisəmi ilk dəfə açdığımda içərisindən çıxan pulları görəndə hönkür-hönkür ağladım", - deyib.

Siqaret çəkməyə günə iki qutu olmaqla 12 yaşında başlayan Mehmet Tok 8 il əvvəl ürəyində yaranan narahatlığa görə həkimlərin tövsiyyəsi ilə atdığını sözlərinə əlavə edib.

Enter.News
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031