Xərçəngi müəyyən edən saqqız hazırlandı
Biotexnologiya şirkətlərdən biri, xərçəngi müəyyən edən saqqız hazırladı. Deyilənə görə, bədəndə hər bir xərçəng tipinə xas uçucu üzvi birləşmələr istehsal edilir. Saqqız həmin birləşmələri cəlb edir və daha sonra fərqli tipdəki xərçənglər üçün analizlər edilir. Mütəxəssislər xərçəngi müəyyən edə bilən saqqızın qan analizlərinin və biyopsiyanın dayandırılmasına gətirə biləcəyini açıqladı. Saqqızın ümumiyyətlə sakitləşdirici xüsusiyyəti geniş məlumdur, ancaq biotexnologiya şirkətlərdən biri, bu vəziyyəti bir addım daha irəli apraraq insanın xərçəng olub olmadığını müəyyən edən bir saqqız hazırladı. Çeynəmə əsnasında, insanın tüpürcəyində bəzi xərçəng növləri tərəfindən salınan kimyəvi birləşmələr saqqız tərəfindən sorulur. 15 dəqiqə çeynədikdən sonra, saqqızın spesifik kimyəvi maddələlər ehtiva edib-etmədiyini təyin etmək üçün analizlər edilir.
İndiyə qədər elm adamları, pankreas xərçəngi, ağciyər xərçəngi və sinə xərçəngini müəyyən edə bilən fərqli saqqız növləri hazırlayıblar. deyerler.org Oxşar xəbərlər
|