Bağdadinin müavini, keçmiş "OMON" komandiri məhv edildi
İŞİD lideri Əbubəkr Bağdadinin müavininin öldürüldüyü xəbəri yayılıb.
İslamazeri.com xəbər verir ki, "Tayms" jurnalının veb versiyası Əbubəkr Bağdadinin ən yaxın adamlarından olan Gülmurad Xalimov Mosul şəhərinə olunan hava hücumu nəticəsində məhv edilməsilə bağlı məlumat yayıb. Hücum zamanı ondan başqa digər İŞİD terrorçularının olduğu da bildirilir. Qeyd edək ki, Xalimov Tacikistan DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik rütbəsinə qədər yüksəlib. ABŞ qüvvələrində təlimdən keçən Xalimov Suriyada 2015-ci ildə yoxa çıxıb. Sonradan məlum olub ki, keçmiş "OMON"çu Bağdadinin müavinlərindən olub. Məlum olub ki, Mosulda hava zərbəsi nəticəsində məhv edilən terrorçu, Tacikistanda Prezident Qvardiyasında da qulluq edib. Oxşar xəbərlər
|