İsrail rejiminin həbsxanalarında fələstinli məhbuslar kütləvi aclığa başladı
Mindən artıq fələstinli məhbus sionist İsrail rejiminin həbsxanalarında həbsxana şəraitinin yaxşılaşdırılması və inzibati nəzarət tətbiqinə son qoyulması tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb.
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İsrail rejiminin rəsmilərinin verdiyi məlumata görə, 2-ci intifadanın lideri olan və 15 ildir həbsxanada saxlanılan Fəth hərəkatının rəhbəri Mərvan Barqutinin rəhbərlik etdiyi aksiyaya 1187 nəfər qoşulub. Məhbuslar müntəzəm ailə görüşləri, müasir səhiyyə xidməti kimi, məsələlərdə həbsxana şəraitinin yaxşılaşdırılmasını tələb etməklə yanaşı, yüzlərlə fələstinlinin hər hansı bir ittiham irəli sürürlmədən inzibati nəzarətə cəlb edilərək, aylarla həbsxanada saxlanılmasına da etiraz edirlər. Aclıq aksiyası ilə həmrəylik məqsədilə İordan çayının qərb sahillərində mitinqlər keçirilib. Beytullahimdə fələstinli gənclər və İsrail rejiminin əsgərlər arasında toqquşma baş verib. Oxşar xəbərlər
|