“Hizbullah hər zaman olduğu kimi, bu gün də Fələstin mübarizəsi üçün müqavimət göstərməyə davam edəcək”
İslamazeri.com "İslami Analiz"-ə istinadən xəbər verir ki, Hizbullahın ümumi əlaqələr və qaçqın düşərgələri üzrə səlahiyyətli nümayəndəsi Xəlil Hüseyn, köməkçisi Əbu Vail Zəlzəli ilə birlikdə HƏMAS Hərəkatının Siyasi Büro üzvlərindən olan Cihad Tahanı Livandakı Əl-Bas Qaçqın Düşərgəsində yerləşən ofisində ziyarət edib.
Səfər zamanı Fələstin mübarizəsinin bu gün gəldiyi vəziyyətlə yanaşı, Livandakı qaçqın düşərgələrində yaşanan son vəziyyət üzərinə də dəyərləndirmələr edilib. Xəlil Hüseyn görüşdə, əsasən Livandakı qaçqın düşərgələrinin təhlükəsizlik və sabitliyinin böyük əhəmiyyət kəsb etdiyini ifadə edib və qaçqın düşərgələrinin Fələstin mübarizəsinin mühüm bir hissəsi olduğunu, Sionist-Amerikalıların bölgəyə yönəlmiş təxribatlarına qarşı aparılan müqavimətin əsaslarından olduğunu vurğulayıb. Hizbullahın ümumi əlaqələr və qaçqın düşərgələri üzrə səlahiyyətli nümayəndəsi Fələstin xalqının müqavimət layihəsini qəbul etməsinə, bu istiqamətdə, xüsusən də müqaviməti hədəf alan təxribatlara qarşı hər kəsin hər növ müstəmləkəçilik qarşısında azadlığın yeganə təmsilçisi olan Fələstin mübarizəsinin arxasında yer almalı olduğunu vurğulayıb. Hüseyn Fələstin mübarizəsini gözardı edənlərin, məhəbbət, vəhdət, azadlıq və qarşılıqlı fəaliyyətə əsaslanan İslamı ləkələməyə çalışan hegemon layihənin bir parçası olduqlarını ifadə edib. Xüsusilə radikal-təkfirçi yanaşmaların qarşısında yer almağın lazım olduğunu qeyd edən Hüseyn bu cür təşkilatların Sionist-Amerikan layihəsinin məhsulu olduğunu və Fələstin mübarizəsini zəiflətməyi hədəf seçdiyini vurğulayıb. Xəlil Hüseyn "Hizbullah ən başından bəri olduğu kimi, bu gün də Fələstin mübarizəsi üçün müqavimət göstərməyə davam edəcək" ifadələrindən istifadə edib. Hizbullah rəsmisi Fələstin mübarizəsinin həssas bir dövrdən keçdiyini, bu baxımdan hər kəsin ərəb və islam dünyasının şərəfini qorumaq adına əvəz ödəyən fələstinli şəhidlərin yoluna ixlas və qətiyyətlə bağlanması lazım olduğunu bildirib. Hüseyn müqavimət variantının Fələstinin azadlığı üçün yeganə çarə olduğunu, bu gün Fələstin intifadasının ən sadə bir silahla belə sionistləri çarəsiz qoyduğunu ifadə edib. Xəlil Hüseyn bu gün Amerikanın Sionist rejimə verdiyi maddi-mənəvi dəstəyin Fələstin müqavimətini dayandırmağa yetməyəcəyini vurğulayıb. Həmas Hərəkatı rəsmisi Cihad Taha isə, hərəkatın tərəflər arasında bir razılaşmanı Fələstin mübarizəsinə və qaçqın düşərgələrinə güc mənbəyi olaraq dəyərləndirdiyini; Livandakı birgə həyat anlayışının güclənməsinin Fələstin xalqının gücünə güc qatacağını, Fələstin xalqının və Livandakı fələstinli qaçqınların Fələstinin azadlığı üçün İslami vəhdətin zərurət olduğuna inandıqlarını ifadə edib. Oxşar xəbərlər
|