Ayətullah Xamenei: `Əgər kimsə düşməndən qorxmaq istəyirsə, qorxsun, amma bu qorxaqlığı xalqın adından etməsin`
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər 29 fərvərdin - "İran İslam Respublikası Ordusu Günü" münasibətilə ordu komandirləri və şəxsi heyəti ilə görüşüb.
Maide.Az xəbər verir ki, görüş zamanı Ayətullah Xamenei çıxış edib və bildirib ki, bu gün təcavüzçü böyük güclərin yeni işi qorxutmaqdır, bunu dəfələrlə demişik. “Təcavüzçü böyük güclər istəyir ki, hər yerə əl uzatsınlar, hər yerə müdaxilə etsinlər. Özlərini böyük kimi göstərir, qorxudur, sərt təpkilər sərgiləyərlər. Amerikanın bəzi keçmiş dövlətlərinin göstərdiyi təpkiləri xatırlayırsınız. İndi də bir başqa cür təpkilər var”. Ayətullah Xamenei bildirib ki, bir ölkə üçün ən pis mövqe budur ki, ölkə rəsmiləri düşmənin təpkisi və hədəsindən qorxa. “Əgər qorxarsa, əslində düşmənin təcavüzü, etirazı, nüfuzu və ölkəyə girməsinə yolu açmış olur. İşi ağıl, məntiq və hikmətlə görmək lazımdır bunda şübhə yox, lakin şücaət də lazımdır. Qorxmaq, dünyadakı güclərin təpkiləri, hədə-qorxusu təsiri altına düşmək, bədbəxtliyin başlanğıcıdır. Əgər kimsə qorxmaq istəyirsə, qorxsun, amma bu qorxaqlığı xalqın adından etməsin. Xalq möhkəm dayanıb, əgər xalq dayanmasaydı 1979-cu ildən indiyədək İran və iranlıdan heç bir əsər-əlamət qalmazdı. Xalqa arxalanan bir sisstemin qarşısında öz xalqını və millətini sevən və xalqdan da məhəbbət görən bir sistemin qarşısında düşmən istər Amerika olsun, və ya ondan da böyüyü olsun, heç bir qələt edə bilməz”. Ayətullah Xamenei çıxışının davamında ölkədə mövcud olan iqtisadi problemlərə toxunub və bildirib ki, mənim son illər iqtisadi şüarları önə çəkməyimin səbəbi budur ki, hiss elədim ki, düşmən bu sahədən zərbə vurmaq istəyir. “Bizdə iqtisadi problem olarsa, müxtəlif sahələr öz işlərini düzgün yerinə yetirə bilməyəcək. Bu gün ölkənin əsas proriteti iqtisadi imkanların inkişaf etdirilməsidir. Ona görə mən xalqın məişətinin yaxşılaşdırılmasına təkidlə vurğulayıram. Ölkədə fəaliyyət göstərən müxtəlif qurum işçilərinin, silahlı qüvvələrin şəxsi heyətinin məişətinin yaxşılaşdırılmasına təkid edirəm. Bu məsələlərə ciddi yanaşılmalıdır. Bu işi məsul şəxslər yerinə yetirməlidir. Məsul şəxslər düşmənin motivlərinə baxarlarsa, bu işi görmək üçün daha çox maraqlı olacaq”. Ayətullah Xamenei çıxışında həmçinin qarşıdan gələn prezident seçkilərinə toxunub və qarşıdakı seçkilərin daha çox aktivlik, sağlam, sabitlik şəraitində və böyük coşqu ilə keçirilməsini istəyib. “Hamı seçkilərin qədrini bilməlidir. Seçkilərə dəyər verməlidir. Seçkilər sağlam şəraitdə, təhlükəsiz və böyük coşqu ilə keçirilməlidir. Düşmənlərin davamlı səylərinə baxmayaraq, inşallah Allahın tövfiqi ilə belə də olacaq. Əcnəbi KİV-lərə baxan şəxslər bilir ki, düşmənlər necə çalışır ki, bir növ ölkədəki seçkiləri pozsun. İran xalqı özündən sərgilədiyi həmişəki ayıqlıq və sayıqlığı bir daha göstərəcək və düşmənin bu səylərini puça çıxardacaq və inşallah böyük çoşqulu, şad, sağlam və təhlükəsiz seçki keçirəcək”. / Oxşar xəbərlər
|