“Həşd-Şabinin səyləri ilə İraqın bütün bölgələrini azad edə bilərik”
Mьəllif: admin1
Tarix: 21-04-2017, 10:55
Bцlmə: Xəbərlər
“Həşd-Şabinin səyləri ilə İraqın bütün bölgələrini azad edə bilərik”
Nazir Abadi Mosul qərbindəki əməliyyat bölgəsində Həşd-Şabi komandirləri həyata keçirdiyi görüşdə deyib: "Biz Həşd-Şabi qüvvələrinin səyi ilə indiyə qədər əldə etdiyimizdən daha artığını əldə edə və ölkənin bütün ərazilərini azad edə bilərik."

Heydər əl-Abadi Könüllü Xalq Qüvvələrinin Mosul şəhərini azad etmə əməliyyatlarındakı səylərini təqdir edərək, "Mosulun sağ sahilini azad etmə əməliyyatları son mərhələsindədir və azad edilməyən, sadəcə, Təlafər, İraq və Suriya sərhədləri boyunca Neynəvanın cənubu və qərbi qalmışdır və çox əhəmiyyətlidir",- deyib.

Əl-Abadi İŞİD-in radikal bir ideologiya olduğunu və hər şeyi viran etdiyini bildirib, "İŞİD bizi və bütün inancımızı məhv etmək istəyir",- deyə bildirib.

İraq Baş naziri 19 fevralda Mosulun sağ sahillərini azad etmə əməliyyatlarının başladığını açıqlamışdı.

İraq qüvvələri bu əməliyyatlarda indiyə qədər bir çox kəndi İŞİD terrorçularından azad edib.

İraq qüvvələri yanvarın 24-də Mosul şəhərinin sol sahillərini tamamilə İŞİD terrorçularından təmizləyib.

Neynəvanı azad etmə əməliyyatları 17 oktyabr 2015-da başlayıb və o gündən indiyə qədər ordu, federal polis, Könüllü Xalq Qüvvələri və "Peşmərgə"dən ibarət olan İraq qüvvələri Neynəva əyalətində yüzlərlə kvadrat kilometr ərazini İŞİD terrorçularından azad edib.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031