Amerikanın `Huffington Post` jurnalı şiələrə qarşı soyqırım və repressiyalardan yazdı
Amerikanın “Huffington Post” jurnalı özünün yeni nəşrində yazıb ki, Bəhreyndə və bir neçə digər ölkədə şiələr soyqırım və repressiyaya məruz qalır.
Maide.info “Huffingtonpost” kanalına istinadən xəbər verir ki, “Huffington Post” jurnalı yazıb ki, əhalisinin 70 faizini şiələr təşkil edən Bəhreyndə, ölkə rəsmiləri onları vətəndaşlıq hüquqlarını əllərindən alır və onlara siyasi dairələrdə heç bir məsuliyyət vermir. Walaa Chahine aprelin 17-də “Huffington Post” jurnalında yazdığı məqaləsində qeyd edib ki, artıq şiələrə qarşı soyqırımın həyata keçirildiyini etiraf etməyin vaxtı çatıb. Niyə ki, şiələr dünyanın müxtəlif bölgələrində, o cümlədən Bəhreyndə soyqırım və repressiyalara məruz qalır. “Huffington Post” jurnalının yazarı Suriyada onlarla Fua və Kafriya şiələrinin ölümü ilə nəticələnən son terror hadisəsində toxunub və bildirib ki, dünya ictimaiyyəti bu cinayəti görməzdən gəldi. Necə ki, Səudiyyə Ərəbistanın Yəmənə qarşı cinayətlərini görmək istəmir. Walaa Chahine öz yazısında Suriyada, Pakistanda, Yəməndə, İraqda, Nigeriyada, Bəhreyndə və Səudiyyə Ərəbistanda şiələrin qətliamına diqqətsizliyi pisləyərək bildirib ki, artıq odda yanan və unudulan şiələrə öz hüquqlarını müdafiə etmə imkanı vermək vaxtı çatıb. O, KİV-lərə şiələrə qarşı repressiya və soyqırım hərəkətlərinin xəbərlərini geniş yaymağa çağırıb. Yazar məqaləsinin sonunda yazır ki, bu hal təkcə Suriya və Bəhreynə qarşı deyil, ümumiyyətlə şiələrə qarşı diqqətsizlik var. Dünya ictimaiyyəti hazırda Yəməndə baş verənlərə də göz yumur. Yəməndə hər gün Səudiyyə Ərəbistanı tərəfindən onlarla bomba atılır. Milyonlarla insan yoxsulluqdan əziyyət çəkir, 10 mindən çox insan həlak olub, yüz minlərlə insan acılıq şəraitində yaşayır. Yəməndə humanitar böhran var, amma onların bu əzab-əziyyətlərinə media, beynəlxalq ictimaiyyət və beynəlxalq qurumlar diqqət ayırmır. Çünki bu hücumlar ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirilir. / Oxşar xəbərlər
|