Marqvelaşvili: Ölkənin baş komandanı olmayacaq
Mьəllif: admin1
Tarix: 21-04-2017, 11:05
Bцlmə: Xəbərlər
Marqvelaşvili: Ölkənin baş komandanı olmayacaq
Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkə konstitusiyasının yeni redaksiya layihəsini şərh edib.
Xeber.ge yerli KİV-ə istinadla xəbər verir ki, prezident konstitusiyaya təklif olunan dəyişikliklərdən narazılıq ifadə edib.

“Biz gələcək konstitusiyanın yeni versiyası ilə tanış olduq və mən bir neçə əsas maddəyə toxunmaq istərdim. Birincisi, təəssüf ki, xalqın ölkə prezidentini seçməsi ilə bağlı iradəsi rədd edilib. Yeni qaydalara əsasən, prezidenti vətəndaşlar deyil, 300 seçkiçi seçəcək. İkincisi: bu yolla seçilmiş prezidentin faktiki olaraq 2013-cü ildən bu yana qalan çox olmayan hüquqları qalmayacaq. Və ən qorxulusu odur ki, ölkənin faktiki olaraq baş komandanı olmayacaq”, - o deyib.

Prezident qeyd edib ki, dəyişikliklər layihəsinin parlamentə majoritar sistem üzrə seçkilərin ləğvini nəzərdə tutan maddəsini müsbət qiymətləndirir. Bununla yanaşı o qeyd edib ki, bu maddədə müəyyənlik yoxdur.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031