İraq Baş nazirindən Ərdoğanın açıqlamalarına reaksiya
Mьəllif: admin1
Tarix: 21-04-2017, 22:29
Bцlmə: Xəbərlər
İraq Baş nazirindən Ərdoğanın açıqlamalarına reaksiya
İslamazeri.com "Tasnim"-ə istinadən xəbər verir ki, İraq Baş naziri Heydər əl-Abadinin Ofisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Həşd-Şabiyə qarşı verdiyi açıqlamalara reaksiya olaraq bəyanat yayıb.

Bu bəyanatda İraqın suverenliyə malik bir ölkə olduğu və Həşd-Şabinin qanunlara görə hökumət nəzarəti altında bir qüvvə olduğu bildirilib.

Rəcəb Tayyib Ərdoğan ötən günlərdə bir televiziya kanalına verdiyi müsahibədə Həşd-Şabi qüvvələrini terrorçu qrup kimi səciyyələndirmişdi.

Bu açıqlamaların ardınca İraq Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfirinin nazirliyə çağırıldığını açıqlayıb.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031