Hollandiyanın səfiri Kərbəlada Həzrət Əbülfəzl Abbasın (ə) hərəmində (Foto)
Mьəllif: admin1
Tarix: 22-04-2017, 22:36
Bцlmə: Xəbərlər
Hollandiyanın səfiri Kərbəlada Həzrət Əbülfəzl Abbasın (ə) hərəmində (Foto)
Hollandiyanın İraqdakı səfiri Yan Valtmans Kərbəla şəhərindəki Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmini ziyarət edib.
Deyerler.org Alkafeel-ə istinadən xəbər verir ki, Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin baş katibi Seyid Məhəmməd Əl-Uşəykar bu barədə açıqlamasında qeyd edib.
Hollandiyalı səfir müqəddəs türbə tərəfindən həyata keçirilən əsas həyətin şüşəli tavanla örtülməsi, telekommunikasiya və müşahidə kameraları sistemi layihəsi, Al-Kafeel Nadir Əsərlər və Əlyazmaları Muzeyi layihəsi və s. layihələr haqqında məlumat alıb.
Səfir bildirib: "İraqda bir səfir kimi, İraqın şəhərlərini və xüsusilə də müqəddəs Kərbəlanı ziyarət etməyə bilməzdim. Çünki Kərbəla dini bir xarakterə malik və dünyanın müxtəlif yerlərindən gələn xeyli sayda ziyarətçinin yanında xüsusi bir statusa malikdir. Həqiqətən də buranı ziyarət etmək böyük bir fürsətdir. Şəhərin xüsusilə də dini baxımdan tarixi qədimliyi var və buranı ziyarət etmək mənim üçün böyük şərəfdir. Bu səfər Hollandiya ilə İraq arasındakı münasibətləri inkişaf etdirməyi və tərəflər arasındakı münasibətləri, xüsusilə də kənd təsərrüfatı sahəsində inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdur. Səfər çərçivəsində Kərbəla qubernatorunu, Şəhər Şurasını və Kərbəla Universitetini ziyarət etdim. İndi isə Həzrət Əbülfəzl Abbasın(ə) hərəminin qonağıyam və baş katib ilə görüşüb əməkdaşlıq yolları üzərində danışdıq".


Hollandiyanın səfiri Kərbəlada Həzrət Əbülfəzl Abbasın (ə) hərəmində (Foto)
Hollandiyanın səfiri Kərbəlada Həzrət Əbülfəzl Abbasın (ə) hərəmində (Foto)
Hollandiyanın səfiri Kərbəlada Həzrət Əbülfəzl Abbasın (ə) hərəmində (Foto)
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031