Botanika bağına bənzəyən məscid görənləri heyran edir (Video)
Mьəllif: admin1
Tarix: 22-04-2017, 22:42
Bцlmə: Xəbərlər
Botanika bağına bənzəyən məscid görənləri heyran edir (Video)
Türkiyənin Adana şəhərində 1930-cu ildə inşa edilən Köprüköy məscidinin xarici divar və minarəsini örtən sarmaşıqlar və həyətində yerləşən xeyli sayda gül ilə botanika bağını xatırladır.
İslaminSesi Deyerler.org istinadən xəbər verir ki, Adananın Yürəgir rayonunun Körpülü məhəlləsində bosniyalı Saleh Əfəndi rəhbərliyi altında inşasına başlanan və 87 il əvvəl ibadətə açılan Köprüköy məscidi baharın gəlişi ilə yaşıllığa bürünüb.

Həyətində 1960-cı illərdə əkilən sarmaşıqların məscid divarlarını və minarəsini tamamilə əhatə etməsi səbəbilə xalq arasında "Yaşıl məscid" kimi də tanınan Köprüköy məscidi, camaata və ziyarətçilərinə nəbatat bağında gəzdikləri hissi bəxş edir.
Şəhərin rəmzi məkanlarından biri olan məscid, bağçasındakı bir-birindən rəngli çiçəklərlə də diqqət cəlb edir.



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031