Fransada birinci tur prezident seçkilərində Emmanuel Makron qalib gəlib
Fransada birinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, artıq bülletenlərin 100 faizi hesablanıb. Sabiq iqtisadiyyat naziri, “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb. Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək. Oxşar xəbərlər
|