Seyid Husi: Səud rejiminin islamı nuru olmayan "İslam"dır
İslamazeri.com “Al Masirah” saytına istinadən xəbər verir ki, “Ənsarullah” hərəkatının lideri Seyid Əbdülməlik Əl Husi çıxış edib.
Ümməti hədəfə alan təhlükələrə nizamlı şəkildə mövqe sərgilədiklərini deyən Əbdül-məlik Husi bildirib: “Səud rejimi müsəlman olduğu iddia edir. Nuru olmayan "İslam!". Amerika və İsrail bizdən insan resursları olaraq istifadə etmək niyyətindədirlər. Biz var gücümüzlə buna mane olmalıyıq. ABŞ-ın niyyəti Yəmənin nəzarətini tam olaraq ələ keçirməkdir. Onlar ümməti azdırmaq üçün addımlar atırlar. Bu gün bizim ayıqlığa daha çox ehtiyacımız var. Ümməti sahib olduqları dəyərlərlə aldatmaq istəyirlər. BƏƏ ölkəmizə gəlib ki, uşaq və qadınlarımızı öldürsün. Biz özümüzü müdafiə etdiyimiz zaman media səviyyəsində hücuma məruz qalırıq. ABŞ-ın Əfqanıstan və İraqa olan hücumları, digərlərini hədəfə almaq üçün müqəddimə idi." Yəmən lideri daha sonra "ABŞ öz istək və arzularını zorla bizə qəbul etdirmək istəyir. Bunun müqabilində bütün islam və ərəb ölkələri birləşməlidirlər, çünki onların hamısı ABŞ-ın hədəfinə məruz qalcaqlar. Yəmənlilər ciddi olaraq addımlamalı və ABŞ və Səudun təcavüzləri önündə durmalıdırlar. ABŞ terrorla mübarizədən dəm vursa da, terrorun özü və həqiqətidir.", -deyə əlavə edib. Husi Livan müsəlmanları ilə Yəmən müsəlmanları arasında olan əlaqələrə də işarə edib. "Livanlı müsəlmanların yəmənlilərlə həmkarlığı münafiq dövlətləri narahat edir. Səud rejimi İsrail və ABŞ-a qulluq edir. ABŞ savaş planlarını hazırlayır, Səud rejimi isə icra edir. Onlar bizim din və mədəniyyətimizi hədəfə alıblar. Yəmənin milli və daxili vəhdətinin aradan getməsinə icazə verməyəcəyik.”, -deyə Əl Husi bildirib. Oxşar xəbərlər
|