“Dərin və dinsiz gizli komitələr Türkiyəni ələ keçirir”
Mьəllif: admin1
Tarix: 25-04-2017, 10:36
Bцlmə: Xəbərlər
“Dərin və dinsiz gizli komitələr Türkiyəni ələ keçirir”
Adanada Atatürk parkında ləğv edilən böyük mövlud haqqında mətbuata açıqlama vermək istəyən Furkan hərakatı mənsublarına qarşı polislərin zoraklığı sosial şəbəkədə gündəm olub.
İslaminSesi furkanhabernet-ə istinadən bildirir ki, Adana Atatürk parkında twitterdə "Zülümdə gördüklərm" haştaqı altında başlayan komapaniyada məhz bu dilə gətirilib. Furkan vəqfinin qurucusu və lideri olan Alparslan Kuytul açıqlamasında mövludun ləğv edilməsinin daha çox hökumətin sol dərin güclə arasının açılacağının xəbərdarlığını edib.

"Məsələ sadəcə konfransın ləğvi və ifadə azadlığının məhdudlaşdırılması deyil. Əsl məsələ Türkiyənin dərin və dinsiz komitələr tərəfindən ələ keçirilməsidir. Məsələ bu dərin və dinsiz komitələr, hökumət və icmalar davasından istifadə edərək öz hədəflərinə çatmalarıdır. Bütün dini icmaları hökumətin gözündə pisləməklə hökuməti onlarla düşmən etmək strategiyasını güdürlər. Bu gizli komitələr dövlətin sərhədlərini artıq ələ keçirmiş vəziyyətdədirlər. Bu dərin qüvvələr prezidentin altını oyub və ətrafını boşaldıblar.Sabah üçün hakimiyyəti ələ keçirmək üçün qüvvənin bir əldə cəmləşməsini istəyirlər. Bunu öz qüvvələri ilə əldə edə bilmədikdə bir müddətliyinə Ərdoğanla razılaşıblar. Özlərini kifayət qədər güclü hiss etdikdə ona bu səbri daha göstərməyəcəklər.

Polisin bu müdaxiləsi və xanımların hicablarına göstıərdikləri münasibət bu gizli qüvvələrin islama və müsəlmanlara qarşı dözümsüzlüyüdür. Elə bu Türkiyənin indiki halı üçün bir dəlildir."

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031