Türkiyədə 9000 mindən çox polis işdən çıxarıldı
İslamazeri.com-un "CNN Turk” telekanalına istinadən verdiyi xəbərə əsasən, Türkiyə hakimiyyəti Fətullah Gülənlə əlaqələrin araşdırılması çərçivəsində daha 9100 polis əməkdaşını tutduğu vəzifədən kənarlaşdırıb. Ötən gün məlum olmuşdu ki, Türkiyə polisi ölkənin 72 əyalətində keçirdiyi genişmiqyaslı əməliyyat zamanı 1000-dən çox ehtimal edilən Gülən tərəfdarı tutub. Əməliyyata 8500 polis cəlb edilib. Qeyd edək ki, Türkiyədə çevrilişə cəhddən sonra təqribən 32 min nəfər həbs edilib, təxminən 100 min dövlət qulluqçusu isə tutduğu vəzifədən kənarlaşdırılıb. Oxşar xəbərlər
|