Venesuela Amerika Dövlətləri Təşkilatından çıxdığını elan edib
Mьəllif: admin1
Tarix: 27-04-2017, 11:58
Bцlmə: Xəbərlər

 İslaminSesi RİA-ya istinadla xəbər verir ki, Venesuela XİN başçısı Delsi Rodriges cümə axşamı ölkəsinin Amerika Dövlətləri Təşkilatından çıxmaq prosedurunu başladacağını bildirib. Bu halda Venesuela, ADT-yə daxil olmayan yeganə amerika ölkəsi olacaq.

 

Глава МИД Венесуэлы Делси Родригес. Архивное фото

 

"Sabah prezident Nikolas Maduronun göstəriş verdiyi kimi ADT-na iddia yazısı təqdim edəcəyik və 24 ay tutacaq prosedura başlayacağıq", - deyə nazir televiziya müraciətində bəyan edib.

 

Qeyd edək ki, Venesuelanın ali məhkəməsi müxalifət milli assambleyasının hakimiyyətinin məhdudlaşdırılması barədə verdiyi qərardan sonra ölkədə aprelin əvvəlindən etibarən etiraz aksiyaları başlayıb. Qərar sonradan ləğv edilib, amma müxalifət tərəfdarları növbədənkənar seçkilərin keçirilməsi və məhkəmə üzvlərinin istefası tələbi ilə küçələrə çıxıb.

 

Son məlumatlara görə, aprelin 4-dən həm Maduro hökumətinə qarşı, həm də onun dəstəklənməsi ilə bağlı keçirilmiş nümayişlər zamanı Venesuelada 29 nəfər həlak olub, 65 həbs olunub, təxminən 1,3 min insan saxlanılıb.

 

ADT isə aprelin əvvəlində daimi şurasının fövqəladə sessiyasında Venesuelada demokratik qaydalarnın ciddi pozulması hallarının qeyd edildiyi qətnamə qəbul edib. Sənədin mətni Madurodan milli müxalifət assambleyasının bütün səlahiyyətlərini tam bərpa etməyi tələb edib.

 

Qeyd edək ki, Venesuela müxalifətinin ABŞ tərəfindən dəstəklənməsi ilə bağlı müəyyən məlumatlar verilir.

 

 


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031