Ayətullah Xamenei: `Əgər Qurana və islami kimliyimizə yaxınlaşsaq, bütün problemlər öz həllini tapacaq`
Xəbər verdiyimiz kimi, bu gün səhər Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İmam Xomeyni (r.ə) adına huseyniyədə keçirilmiş 34-cü Beynəlxalq Quran Müsabiqəsinə 83 ölkədən qatılmış iştirakçıları, münsiflər heyətinin üzvləri və müəllimlərlə görüşüb.
Maide.İnfo xəbər verir ki, Ayətullah Xamenei bildirib ki, islami kimlik düşmənlərin müdaxiləsi və hökmranlığına maneədir. "Küfr cəbhəsinin məqsədi islami kimliyi məhv etməkdir. Quran maarifi İslam ümmətinin nicatvericisi və onların izzətli və suveren yaşamasının təminatıdır. Quran maarifi islami cəmiyyətdə aydın və ümumi diskursiyaya çevrilməlidir”.
Ayətullah Xamenei bildirib ki, təssüflər olsun ki, biz müsəlman xalqlar və islami ölkələr Qurandan uzaq düşmüşük və onun həqiqi anlayışları ilə tanış deyilik. "Quranın önəmli və kimlik yaradan anlayışlarından biri "Tağuta küfr və Allaha imandır”. İmanlı kimlik olmağa təkid etmək vuruşmaq, əlaqə qurmamaq və ya mübadilə aparmamaq mənasında deyil. Bəlkə sərhədləri müəyyənləşdirir və müstəqillik yaradır ki, imanlı kimlik küfr və tağut kimliyinin qarşısında özünü qorusun və inkişaf etdirsin”.
Ayətullah Xamenei deyib ki, İslam ümmətinin bügünkü ən böyük giriftarçılığı qərb siyasəti, iqtisadı və mədəniyyətinin onların üzərindəki hökmranlığıdır. "Bu gün bir çox islami ölkələrdə "İslami kimlik” yoxdur. Baxmayaraq ki, xalq namaz qılır, oruc tutur, lakin islami kimlikləri olmadıqları üçün düşmənlər onların ictimai əlaqələrinə, siyasətlərinə, iqtisadiyyatına, inanclarına və mədəniyyətinə müdaxilə edir. Müsəlmanlar arasında müharibə və nifrət yaradır”.
Ayətullah Xamenei deyib ki, bu gün küfr dünyası dünyanın hər bir nöqtəsində islami kimliyi məhv etmək ardıncadır. "Qurandan uzaq olmaq düşmənlərin sui-istifadəsi, imansızlığın yayılması, asılılıq və pozğunluqlara gətirib çıxardır. Bu gün islami ölkələr və dövlətlərin Amerika, sionizm və talançılar qarşısındakı durumu Qurandan uzaq olmalarından irəli gəlib. Əgər Qurana və islami kimliyimizə yaxınlaşsaq bütün problemlər öz həllini tapacaq”.
Ayətullah Xamenei incəsənət xadimləri, şairlər və yazıçıların Quran konsepsiyalarının (məfhum və mənaları) ictimaiyyətə çatdırılmasında rolundan danışıb və bildirib ki, bütün xalq, ailələr və gənclər Quranla üns qurmalı və Quranla ünsiyyətin xeyrindən bəhrələnməlidir. /
Oxşar xəbərlər
|