"İnqilab cəmiyyətdə dəyərlərin dəyişməsi üçündür!"
"Bizim cəmiyyətimiz Peyğəmbərin (s) bu əxlaqından dərs götürüb bir İslam cəmiyyətinə çevrilməlidir." - Ayətullah Xamenei. "Allah-Taala hər yerdə Peyğəmbərin (s) yadında idi və o hər yerdə Allahdan yardım dilədi, Allahdan istədi, Allahdan qeyrisindən qorxmadı və vahiməyə düşmədi. Peyğəmbərin (s) Allah qarşısında bəndəliyinin əsas sirri budur: Allah qarşısında heç bir gücü saymamaq, heç kimdən qorxmamaq, Allah yolunu digərlərinin istəklərinə görə dayandırmamaq. Bizim cəmiyyətimiz Peyğəmbərin (s) bu əxlaqından dərs götürüb bir İslam cəmiyyətinə çevrilməlidir." "İnqilab kimlərinsə işdən çıxıb, kimlərinsə işə girməsi üçün deyil. İnqilab cəmiyyətdə dəyərlərin dəyişməsi üçün, insanın dəyər-qiymətinin Allah bəndəliyi ilə olması, insanın Allaha bəndə olması, Allah üçün işləməsi, Allahdan qorxması, Allahdan qeyrisindən qorxmaması, Allahdan istəməsi, Allah yolunda çalışıb-işləməsi, Allahın əlamətləri haqda fikirləşməsi, dünyanı düzgün tanıması, dünyanın və bəşəriyyətin fəsadlarının islahına çalışması və özündən başlaması üçündür. Bizim hamımız özümüzdən başlamalıyıq." Ayətullah Xamenei. nardaranpiri.com Oxşar xəbərlər
|