Türkiyədə konstitusiyaya dəyişikliklərə dair referendumun nəticələri təsdiqlənib
Mьəllif: admin1
Tarix: 28-04-2017, 10:28
Bцlmə: Xəbərlər

Türkiyədə konstitusiyaya dəyişikliklərə dair referendumun nəticələri təsdiqlənib

 Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib. APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ASŞ rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.

 

"Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi "lehinə”, 48,59 faizi isə "əleyhinə” səs verib”, - deyə Güvən Ankarada jurnalistlərə bildirib.

 

Qeyd edək ki, referendumla Konstitusiyanın 18 maddəsinə dəyişiklik olunub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.


 
 

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031