Xurma – vitamin anbarı - ARAŞDIRMA
Xurma bir payız meyvəsidir ki, tərkibində C vitamini, karotin vardır. Bu meyvə immun sistemini qaldırar və bədənə istilik verər. Xurma narıncı rəngli olub, pomidoru xatırladır. Dərisi pomidor kimi zərifdir. Dadı şirin və özü çox ləzzətlidir. Xurma ağacı çox böyümür və 5-10 metrə çatıb dayanır. Bu ağac suyu və sərin havanı çox sevir. 19-cu əsrdə Avropaya gətirilmişdir. Bu gün isə bu meyvə Yaponoyada, Vyetnamda, Braziliyada, İranda, Livanda, İspaniyada, İtaliyada, Tunisdə, hətta Amerikada əkilir. Bu meyvənin 3000 növü vardır. Xurmanın tərkibində C vitamini, kalium, maqnezium, dəmir vardır. Payızın soyuq günlərində bədənə istilik verər və yorğunluğu aradan qaldırar. Çünki üzüm kimi enerji vermə qabiliyyətinə malikdir. Xurmanın tərkibində olan C vitamini dərinizi şəffaf və lətif edər. Ancaq bunu yadda saxlayın ki, xurma hər nə qədər yetişmiş olarsa, C vitamini o qədər azalar. Xurma tərkibində karotin maddəsi olduğu üçün A vitamininin əmələ gəlməsinə yardım edər. Həmçinin likopin maddəsi əmələ gətirər. Bu iki anti-oksidantlar ürək və xərçəng xəstəliyinin qarşısını alırlar. Xurmanın narıncı rəngi tərkbində olan karotin maddəsinə görədir. Ona görə də xurma gözlərin sağlam qalması üçün çox faydalı meyvədir. Bundan başqa karotin maddəsi dəri hüceyrələrində qan dövranını çoxaldır və dərini xoş rəng edir. Xurmanın tərkibində pektin maddəsi olduğu üçün qəbizliklə mübarizə aparar. Ona görə də gün ərzində iki dəfə bu meyvədən yeməyə çalışın. Bu meyvənin tərkibində həm də dəmir vardır. Xurmanın tərkibində olan kalium və maqnezium qanda olan xolesterin və yüksək qan təzyiqi ilə mübarizə aparar. Bu meyvənin tərkibində natrium azdır. Ona görə də ürək xəsətlərinə tövsiyə edilir ki, bu meyvədən qafil olmasınlar. Bu meyvə böyrəyində daşı olan insanlar üçün də faydalıdır. Çünki tərkibində su vardır və sidikqovucudur. Xurmanın döyülmüş dənəsi də böyrək daşları üçün faydalıdır.
/Deyerler.org/ Oxşar xəbərlər
|