Roma Papasının Misir səfəri start götürdü
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, ötən gün Roma Papası Fransiskin Misir səfəri start götürüb. Roma-katolik kilsəsinin başçısının səfəri ilə bağlı olaraq, ölkə ərazisində görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilib. Ölkə paytaxtı Qahirə şəhəri və onun ətrafında minlərlə polis əməkdaşı və hərbi qulluqçu asayişi qoruyurlar. Pontifikin keçəcəyi küçələrdə zirehli texnika yerləşdirilib. Xatırladaq ki, Papanın səfər proqramına Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Qipti kilsəsinin başçısı Tavadros və əl-Əzhar məscidinin Böyük imamı ilə görüşü daxildir. Rəsmi Vatikanın məlumatına əsasən, Papanın Misir səfərinin məqsədi "dialoqa və xristian birliyinin həyatına yardımdır”. Oxşar xəbərlər
|