Britaniyalı tələbələr fələstinli məhbuslara dəstək olmaq üçün aclıq aksiyasına qoşuldular
Böyük Britaniyanın Mançester Universitetindən bir qrup tələbə İsrail rejiminin həbsxanalarında aclıq aksiyalarına başlayan fələstinli məhbuslara dəstək olmaq üçün ən azı bir həftə davam edəcək bir aclıq aksiyasına başlayıblar. Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, aclıq aksiyasında iştirak edən 5 tələbədən biri olan Məhəmməd Əzzəldin Əl-Cəzirəyə verdiyi müsahibəsində belə danışıb: "Fələstindəki siyasi məhbuslar onlara ittiham irəli sürülmədən və ya ədalətli şəkildə mühakimə olunmadan 6 aya qədər həbsxanada saxlanılırlar. Həbsxanalarda tibbi müalicə və görüş hüququndan məhrum olunaraq, iyşgəncələrə məruz qalırlar". İsrail rejiminin həbsxanalarında, təxminən 2 min fələstinli iki həftə əvvəl Fəth hərəkatının mərkəzi şurasının üzvü Mərvan Əl-Bərqusinin başçılığı altında həbsxana şəraitinin yaxşılaşdırılması tələbilə aclıq aksiyasına başlamışdır. Fələstin Əsirlər Cəmiyyətinin hazırladığı hesabata görə, İsrail rejiminin həbsxanalarında 57-si qadın, 300-ü uşaq olmaqla ümumilikdə 7 min fələstinli məhbus var. Bu məhbusların 481-i isə işğal altındakı Şərqi Qüdsdəndir. Oxşar xəbərlər
|