Gürcüstanda azərbaycanlıları fars adlandıran tarix müəllimi işdən çıxarılıb
Mьəllif: admin1
Tarix: 4-05-2017, 10:51

Gürcüstanda azərbaycanlıları fars adlandıran tarix müəllimi işdən çıxarılıb

 Marneuli rayonunun 5 nömrəli beynəlmiləl məktəbin tarix müəllimi Nana Bakuradze azərbaycanlı şagirdlərin milliyyətcə fars olduqlarını söyləyib və onlara millət olaraq yazığı gəldiyini bildirib.

 

Şagirdlər N. Bakuradzenin dediklərini videoya çəkiblər. Müəllimin dedikləri "Facebook” səhifəsində müzakirələrə səbəb olub. Gürcüstanda yaşayan azərbaycanlı təhsil işçiləri, "Facebook” istifadəçiləri və digərləri N. Bakuradzenin dediklərinə mənfi reaksiya veriblər.
 

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev məsələ barədə Təhsil Nazirliyinə və müvafiq qurumlara məlumat verdiyini, N. Bakuradze barəsində ölçü götürülməsini tələb etdiyini bildirib. O, Gürcüstanda yaşayan azərbaycanlıları təmkinli olmağa və kiminsə səhv hərəkətini ümumiləşdirməməyə çağırıb: "Hər kim olursa-olsun, istər gürcü, istərsə azərbaycanlı, hər kəs dini və milli zəmində fikirlər söyləyərkən çox diqqətli və ehtiyatlı olmalıdır”.
 

Qeyd edək ki, Gürcüstan Təhsil Nazirliyinin Marneulidəki 5 nömrəli məktəbin rəhbərliyi ilə müzakirələrinin nəticəsi olaraq N. Bakuradze işdən çıxarılıb. 

 
/apa.az/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930