Böyrək xəstəliklərinin 7 əlaməti
Mьəllif: admin1
Tarix: 18-03-2023, 20:32
Böyrək xəstəliklərinin 7 əlaməti
Böyrək xəstəlikləri uzun müddət ərzində gizli inkişaf edə bilər.

Bu çox təhlükəlidir ki, insan uzun müddət ərzində onda inkişaf edən xəstəlikdən məlumatsız olur, xəstəlik isə bu zaman inkişaf edir və nəticədə ağır vəziyyətlərə, böyrək çatışmazlığına gətirib çıxarda bilər.

Bu səbəbdən böyrək xəstəliklərinin əsas simptomlarını bilmək çox vacibdir.

1. Ümumi intoksikasiya əlamətləri (zəiflik, hərarətin artması, baş ağrıları və s.).

2. Ödemlər. Böyrək xəstəlikləri zamanı ödemlər daha çox üzdə, gözlərin altında, göz qapaqlarında, bədənin yuxarı hissəsində müşahidə olunur.

Ürək xəstəlikləri zamanı isə ödemlər əksinə ayaqlarda olur. Böyrək xəstəlikləri zamanı ödemlər daha tez-tez səhər, ürək xəstəlikləri zamanı isə axşam olur.

3. Bel nahiyəsində sızıldayan ağrılar. Ağrılar bir və ikitərəfli ola bilər.

4. Sidikdə qan, irin, sidiyin bulanıq olması, sidiyin üzərində köpük.

5. Sidik ifrazının pozulması (sidik nazik şırnaqla və ya damcılarla ifraz olunur), ifraz olunan sidiyin azalması.

6. Susuzluq, ağızda quruluq.

7. Arterial təzyiqinin qalxması. Böyrək xəstəlikləri zamanı təzyiq uzun müddət yüksək qalır və təzyiqi salan dərmanlar kömək etmir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031