İlahi dəlillər qarşısında tab gətirməyən deist gənc müsəlman oldu (Video)
Allahı inkar edən Allahı görə bilmirəm deyə özünə bəraət qazandırdı.
İslaminSesi sizə bir deistin dəlilər qarşısında necə şəhadət gətirməsini təqdim edir.
Bir yaradıcının var olduğunu qəbul edib, lakin dini inkar edən birinə yaxınlaşan jurnalist ona sadəcə olarq suallar verir.
-Niyə heç bir dinə üstünlük vermirsiniz? -Sadəcə olaraq azca araşdırdım və mühakimə etdim və mənə uyğun olmadığını gördüm. - Bütün kainatı araşdırdıq və gördük ki, bütün dünyada fiziki olaraq hər şey atomlardan yaradılıb. Gözümüz, burnumuz, kipriyimiz, qulağımız bər bir malik olduğumuz hər şey də atomlar var. Bu atomlarda ağıl və ya şüur var? - Xeyr yoxdur. -Onda belə bir təsəvvür edək: Bir toxumu əkək. Bu toxum əkildikdən sonra cücərir. Nə rənglərdə çıxır? - Fərqli rənglərdə əlbətdə. -Bəli, qırmızı, yaşıl, sarı. -İndi gəlin araşdıraq görək torpağın altında rəng fabriki var? - Xeyr yoxdur. -Onda bir anlıq düşünək: bu bitkinin oksigenə ehtiyacı, fotosintezə ehtiyacı Günəşə ehtiyacı var. Onda bunlardan biri öz vəzifəsindən imtina etsə desə ki, küsdüm işləmirəm. Onda dünya bir-birinə dəyməzmi?!... Onda belə bir sual meydana çıxır? Ağılsız, şüursuz atomlar bir yerə gəlib bu işi görürlər eləmi? Onda belə çıxır ki, pərdə arxasında bütün bu prossesi bilən biri vardır. Onda bir yaradıcının olduğunu qəbul edirik. Kmi ona Allah, kimi ona Tanrı deyir. İndi bu yaradıcı özünü bizə tanıtdırmaq istəyəcək. Biz yaradıcını görə bilmirik, amma onun kainatdakı fəaliyyət və işlərinə baxaraq onun haqqında təsəvvür yaradırıq. -Quranı qəbul edirsən? -Xeyr qəbul etmirəm. Düşünürəm ki, peyğəmbərlər sadəcə olaraq cəmiyyəti düzəltmək üçün islahatlar aparmaq istəyənlər insanlar olublar. -Bəs belə bir məsələ qoysam: Quran bizə 1400 il əvvəl gəlib. Onu gətirən peyğəmbər(ə) ümmi yəni savadsız olub. Quranda kainatın genişlənməsindən bəhs olunur. Halbuki kanitan genişlənməsi yalnız 100 -200 ildir ki, məlumdur. Sözü gedən bəhsi sizə təqdim edirik.
Oxşar xəbərlər
|