Sümükləri möhkəmləndirmək üçün 9 üsul
Mütəxəssislər sümük çatışmazlığının qarşısını almaq üçün zəruri əsas 9 mərhələni belə sıralayır:
1. Yüksək miqdarda kalsium və maqnezium ehtiva edən qaysı yemək; 2. Bədəndəki D vitaminini aktiv hala gətirmək üçün ən az 15 dəqiqə günəş işığından faydalanmaq; 3. Hər gün D vitamini qaynağı olan yumurta sarısı yemək; 4. Çay, qəhvə kimi kofein tərkibli içkilərdən uzaq durmaq; 5. A, E və C vitaminləri baxımından zəngin olan və bol miqdarda kalsium ehtiva edən gül kələmi, kahı kimi yaşıl tərəvəzlər qəbul etmək; 6. Kalsium və D vitamininin mənbəsi sayılan süd içmək; 7. Həftədə iki gün kalsium baxımından zəngin olan dəniz məhsullarını yemək; 8. Sümük çatışmazlığına səbəb olan proteolitik fermentləri azaldıcı təsiri olan üzüm çəyirdəyini yemək; 9. Siqaret və alkoqoldan (hansı ki, ümumiyyətlə haramdır) uzaq durmaq. deyerler.org Oxşar xəbərlər
|